Topaz Premyer Liqasının XVII turunun “Sumqayıt”la oyunu (1:3) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev üçün əlamətdar olub. Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis Gəncə klubunu 100-cü dəfə çempionat oyununa çıxarıb.
2004-cü ilin yayında “Gəncə” adlanan klubun baş məşqçisi təyin olunan Diniyev 2005-ci ilin sonunadək, yəni mövsümyarım komandaya rəhbərlik edib. Azərbaycan milli komandasının “sükanı arxasına” keçməsi ilə əlaqədar klubundan ayrılan çalışdırıcı 2015-ci ilin yayında “Kəpəz”ə qayıdıb.
4 müxtəlif mövsümdə qərblilərə rəhbərlik edən 51 yaşlı mütəxəssis bu müddətdə 35 qələbə sevinci yaşayıb. 32 heç-heçə və 33 məğlubiyyətə şahid olan Diniyevin yetirmələri 119 qol vurub və 106-nı buraxıb. “Kəpəz” onun rəhbərliyi altında ümumilikdə 137 xal qazanıb.
| mövsüm | O | Q | H | M | T/F | X |
| 2004/05 | 34 | 11 | 9 | 14 | 37-37 | 42 |
| 2005/06 | 13 | 6 | 6 | 1 | 22-8 | 24 |
| 2015/16 | 36 | 15 | 11 | 10 | 48-40 | 56 |
| 2016/17 | 17 | 3 | 6 | 8 | 12-21 | 15 |
| CƏMİ | 100 | 35 | 32 | 33 | 119-106 | 137 |
Fanat.Az