Şahin Diniyev: "Syominlə aramızda mübahisə olmadı"

Şahin Diniyev: "Syominlə aramızda mübahisə olmadı"
"Həm sürətli, həm də aqressiv futbol izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ" ilə oyundan sonra "Rəvan"ın baş məşqçisi Şahin Diniyev deyib.
"Heyətimizdə oyunun gedişini dəyişəcək oyunçu yoxdu. Yannik Kamananın yüksək ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi. Yuri Syominlə aramızda mübahisə olmadı. Sadəcə bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür, bizim müdaxilə etməyimiz düzgün deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər