Şahin Diniyev: "Problemlərimiz var"

Şahin Diniyev: "Problemlərimiz var"

"Bu gün keçirdiyimiz oyun planlara daxil deyildi. Sadəcə, “Qaradağ Lökbatan” klubu bizdən yoxlama görüşü üçün xahiş etdi, biz də etiraz etmədik". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.

“Kəpəz” yoxlama oyununda “Qaradağ Lökbatan”ı 2:0 hesabı ilə yenib. Komandanın baş məşqçisi bildirib ki, müəyyən problemləri var: "Heyətlə bağlı problemlərimiz var. Bəzi futbolçularımız zədəlidi. Ona görə onların əməyindən istifadə edə bilmədik. Cəmi 12 oyunçunu meydanda sınamaq imkanımız oldu”.

Diniyev I divizion təmsilçisi ilə oyundan razı qaldığını da deyib. O, yetirmələrinin artıq sistemə uyğunlaşdığını vurğulayıb: “Bizim üçün məşq əvəzi oyun oldu. Matça hücumçusuz çıxmışdıq. Orta xətt oyunçuları meydanda çoxluq təşkil edirdi. Komandanın oyun fəlsəfəmizə, sistemə uyğunlaşmaq baxımından irəliləyişlər var. Qələbəni bir kənara qoyuram, uşaqlardan meydandakı işlərinə görə razı qaldım”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər