Şahin Diniyev: "...ölüm hadisəsi baş verə bilərdi"

Şahin Diniyev: "...ölüm hadisəsi baş verə bilərdi"

Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən "Kəpəz" - AZAL matçı qolsuz başa çatdı. Fanat.Az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev oyunla bağlı fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

"İlk hissədə futbol yox idi. Meydançada qaçmaq yox, dayanmaq problem idi. Avropa Liqasından sonra çempionata köklənməkdə çətinlik çəkirik. 40 dərəcədə meydana çıxıb vuruşan futbolçularıma təşəkkür edirəm. AZAL-ı da təbrik edirəm. Qarşısına qoyduğu məqsədə çatıb, xal qazandı. Bir neçə turdan sonra özümüzə gələcəyik. Öz üzərimizdə çalışmalıyıq. İnşallah, növbəti oyunlarda azarkeşlərimizi sevindirərik".

- Qeyd etdiyiniz kimi, hava həqiqətən də isti idi. Heç media sektorda da oturmaq olmurdu. Qarşılaşmanın axşam saatlarında keçirilə bilməməsinin səbəbi də arenada projektorların olmamasıdı. Bəlkə, yay bitənə qədər Bakıya köçəsiz?

- Oyun saat 6-a çəkilsəydi, daha yaxşı olardı. Gəncədən getmək istəmirik. Çətin də olsa oynamağa məcburuq. Özüm günün altında dayanmağa yer axtarırdım. Buna görə də futbolçuları da qınamıram. Belə havada ölüm hadisəsi baş verə bilərdi.

- Hakimlik barədə nə deyə bilərsiz?

- Hakimlər barədə danışmaq istəmirəm. Yaxşı futbol oynamamağımızın səbəbi hava şəraiti ilə bağlıdı. 

- Komandanın qol ümidi olan Julien Ebah uzun müddətdi fərqlənə bilmir...

- Ebah çalışır, amma qol vura bilmir. Psixoloji təzyiq altındadı. Özünə gəlməsi üçün ona bir qol bəs edər. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər