Şahin Diniyev AZAL-la oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi öz oyunları barədə danışmaq istəməyib.
"AZAL-ı əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim. Komandanın heyətində oyunun gedişini dəyişəcək, lider futbolçu yoxdu".
Fanat.az