Şahin Diniyev: "Fiziki işin təməlini qoyduq"

Şahin Diniyev: "Fiziki işin təməlini qoyduq"
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev başçılıq etdiyi komandanın 10 günlük Bakı toplanışını klubun mətbuat xidmətinə dəyərləndirib. Fanat.az xəbər verir ki, Diniyev məşqlərlə yanaşı, yoxlama oyunlarına da toxunub. 
Təcrübəli mütəxəssis futbolçuların əməyini yüksək qiymətləndirib: “Təlim-məşq toplanışı boyunca uşaqlar vicdanla, məsuliyyətlə verilən bütün tapşırıqların öhdəsindən gəldilər. Maksimum şəkildə hazırlaşdıq. Fiziki işin təməlini qoyduq. Mənə elə gəlir ki, bu hazırlığımız çempionatda bizə yaxşı kömək edəcək. Bizi uzun marafon gözləyir. Komandaya güc, fiziki hazırlıq çox lazımdı. Uşaqlara əzmlə, səylə çalışdıqlarına görə minnətdaram. O ki, qaldı yoxlama oyunlarına, nəticə önəmli olmasa da, komandada qalib ruhu yaratmaq üçün belə matçlarda qələbə qazanmaq vacib idi. Qələbə qazanmasaq belə futbolçulardan razı qalacaqdım. Gördüyümüz fiziki hazırlığı yüksək qiymətləndirirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər