Şahin Diniyev: "Bunun üçün şadam"

Şahin Diniyev: "Bunun üçün şadam"

"Əvvəlcə onu deyim ki, çətin oyun oldu. Hava olduqca isti idi. Belə havada oynamaq, qaçmaq böyük fiziki güc tələb edir. Buna baxmayaraq, futbolçular meydanda mübarizə aparmağı bacardılar". Fanat.az xəbər verir ki, bu sözləri bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə yoxlama oyunu keçirən “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Tərcürəbli mütəxəssis yetirmələrinin 4:1 hesabı ilə qalib gəldiyi matçdan razılığını ifadə edib: "13 oyunçuya şans verdim. Dəyişiklik az oldu, bu da bəzi futbolçuların zədəli olması ilə bağlı idi. Komanda meydanda oyun göstərib layiq olduğu qələbəni qazandı. Bunun üçün şadam”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər