Şahin Diniyev: "Bu məni narahat edirdi"

Şahin Diniyev: "Bu məni narahat edirdi"
Şahin Diniyev "Xəzər Lənkəran"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi bunları deyib:
“Çox vacib oyuna çıxmışdıq. Görüşün nəticəsi komandanın taleyinə təsir edəcəkdi. Ardıcıl oyunlarda heç-heçələr etmişdik. Sevinirəm ki, vəziyyəti elə də yaxşı olmayan meydançada yaxşı rəqibə qarşı görüşdə qələbə qazandıq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Taktiki cəhətdən bəzi dəyişikliklər etmişdik. Dəyişikliyin nə dərəcədə uğurlu alınıb-alınmayacağı məni narahat edirdi. Amma yekunda qələbə əldə edə bildik”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər