"Rəvan" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ"la qarşılaşcaq. Fanat.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Şahin Diniyev oyundan əvvəl açıqlama verib:
"Bizi qarşıda gərgin oyun gözləyir. Rəqib I divizionun təmsilçisi olsa da, heyətində yetərincə təcrübəli futbolçu var. Həm də divizion təmsilçiləri Premyer Liqa komandalarına qarşı oynayanda daha çox motivasiyalı olur. Bunu hardasa bizim üçün təhlükə saymaq olar. Bununla belə, heyətdə rotasiya ediləcək. Yəni bəzi futbolçulara istirahət verməyi də düşünürəm. Hər halda qarşıda bizi AZAL-la daha çətin sınaq gözləyir. Həm kubokda, həm də çempionatda uğurlu nəticə göstərmək üçün rotasiyaya labüddü. Bununla həm də bəzi futbolçulara özlərini göstərmələri üçün şans yaratmış oluram. Qış fasiləsinə qədər 4 oyunumuz var. Elə sabahkı matçdan başlayaraq uğurlu çıxışa start vermək lazımdı. Mən komandama inanıram".
Fanat.az