Şahin Diniyev: "Bir xal qazanmadıq..."

Şahin Diniyev: "Bir xal qazanmadıq..."

Şahin Diniyev AZAL-la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi bunları deyib:

"İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik. Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldı ki, “Kəpəz” 4 oyundu məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər