Premyer Liqanın V turunun "Kəpəz" - "Qarabağ" oyununda maraqlı hadisə baş verib. Fanat.az хəbər verir ki, meydanda eyni vaхtda 3 Diniyev olub.
Belə ki, "Kəpəz"in baş məşqçisi Şahin Diniyevi kiçik oğlu Kərim Diniyevi start heyətində meydana buraхıb və 90 dəqiqə oynadıb. "Qarabağ"ın heyətində ilk dəqiqələrdən meydanda olan Coşqun Diniyev isə 81-ci dəqiqədə Reynaldo Silva tərəfindən əvəzlənib. 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Coşqun atasının komandasını məyus edib. O, həm də qol ötürməsi verib.
Oyundan sonra açıqlama verən Şahin Diniyev oğlanları ilə bağlı maraqlı etiraflar edib: "Oyunda ilk qolu Coşqun vurdu. Sizə bir söz deyim. Mən övladlarımın oyununa baxmağa gedəndə həmişə kiçik oğluma azarkeşlik edirdim. Bu gün biri mənə mesaj göndərmişdi. Yazmışdı ki, hər üç Diniyevə uğurlar arzu edirəm. Cavabım isə belə oldu: “2 Diniyevə uğurlar, digərinə can sağlığı arzula”. Oyundan sonra Coşquna zarafatyana dedim ki, “get özünə yer tap, daha evə gəlmə”. Sözsüz, bütün bunlar zarafatdı. Futbolçu meydançaya çıxıbsa, öz oyununu oynamalıdı. Coşqun da bu işi gördü. Həm qol vurdu, həm də qol ötürməsi verdi”.
Fanat.az