Şahin Diniyev Nazim Süleymanovdan üstün oldu

Şahin Diniyev Nazim Süleymanovdan üstün oldu
“Kəpəz” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. 
Görüş “sarı-göylər”in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Oyunda ilk dəqiq zərbə kapitan Tural Axundovdan gəlib. Bir qədər keçmiş U-19 hesabı bərabərləşdirib.
Fasilədən sonra “Kəpəz” bütün qüvvə ilə irəli atılaraq, ardıcıl qollarla hesabda üstünlüyünü təmin edib. İkinci hissənin ilk qolunu Tural Rzayev vurub. Daha sonra 11 metrlik cərimə zərbəsindən Budaq Nəsirov çərçivəni dəqiq nişan alıb. Matçda son nöqtəni isə gənc hücumçu Ziyabil Məmmədov qoyub. O, künc zərbəsinin davamında başla toru silkələyib.
Qeyd edək ki, bu "Kəpəz"in Bakı toplanışı çərçivəsində 3-cü qələbəsi olub. Bundan öncə komanda “Sumqayıt”ı 1:0, AZAL-a isə 2:1 hesabı ilə məğlub etmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər