Şahin Diniyev ilk qələbəsini qazandı

Şahin Diniyev ilk qələbəsini qazandı
"Rəvan" Premyer Liqada yaranan fasilədən yararlanaraq yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Bakı klubu gücünü əvəzedici heyəti ilə oyunda sınayıb.
Oyun əsas komandanın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Əsas komandanın heyətində Xuan Manuel Varea dubl edib, Rəşad Abdullayev, Ramazan Abbasov, Elnur Abdulov və Ceyhun Cavadov hərəyə bir qol vurub. Əvəzedicilərdə isə Rüfət Cəlilov fərqlənib. 
Qeyd edək ki, bu, Şahin Diniyevin "Rəvan"ın baş məşqçisi kimi ilk oyunu olub. Onun ilk rəsmi oyunu isə oktyabrın 19-da Topaz Premyer Liqasının X turu çərçivəsində "Neftçi"yə qarşı baş tutacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər