Şahin Diniyev hələ ümid edir

Şahin Diniyev hələ ümid edir
Azərbaycan kubokunun 1/4  final mərhələsinin ilk oyunları çərçivəsində “İnter” “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra “Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:
- Yaxşı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. İnanıram ki, cavab oyununda yaxşı olacaq. Uşaq səhvlərindən qollar buraxdıq. Məncə, mübarizə hələ başa atmayıb, Gəncədə daha bir oyunumuz var. Komandam yaxşı oynadı, uşaqlardan razıyam. İkinci qolu buraxmasaydıq, yaxşı olacaqdı.
- “Kəpəz”in mərhələ adlamaq şansı nə qədərdi?
- Hazırda üstünlük “İnter”dədi. Qol vursaydıq, üstünlük bizdə olardı. Bu dəqiqə mərhələ keçmək 60 faiz “İnter”in tərəfindədi.
- Komanda ikinci hissədə oyun sistemindən “qopdu”. Bunun səbəbi nədi?
- Komanda ilk qoldan sonra “sındı”. Biz hesabı bərabərləşdirmək üçün irəli atıldıq, özümüzə gələnə kimi ikinci qolu buraxdıq. Deməzdim ki, oyun sistemimiz pozuldu. Yenə deyirəm, uşaq səhvlərindən qollar buraxdıq.
- İlin sonuna iki oyununuz qalıb. "Qəbələ" ilə çempionat, "İnter"lə kubok oyunu. Bu matçlarda hansı sizin üçün daha önəmlidi?
- Hər iki oyun bizim üçün önəmlidi. Bilirsiniz ki, çempionatda 4-cü yer uğrunda qızğın mübarizə gedir. Əlbəttə, o yeri əldə etmək üçün “Qəbələ” ilə matç çox önəmlidi. Yaxşı çalışmalı, növbəti oyunlarda uğurlu olmalıyıq.(Futbolinfo.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər