“Komandada fiziki çatışmazlıqlar var. İlk yarıda taktikanın hesabına oynadıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Neftçi” – “Rəvan” oyunundan sonra düzənlənən mətbuat konfransında nominal qonalqarın yeni baş məşqçisi Şahin Diniyev deyib. Mütəxəssis rəqibin layiqli qələbə qazandığını vurğulayıb: “Neftçi” layiqli qələbə qazandı. Biz isə mərhələ-mərhələ inkişaf etməyi hədəfləməliyik. Yeni baş məşqçinin öz futbol fəlsəfəsini oyunçulara mənimsətməsi üçün azı 3 ay vaxt lazımdı. Bu gün bir hissə uğurlu oynadıqsa, növbəti matçlarda daha artığını etməliyik”.
Fanat.az