Şahin Diniyev danışdı: niyə istefa verib?

Şahin Diniyev danışdı: niyə istefa verib?
Şahin Diniyevin "Rəvan"dan istefa verməsi ilə bağlı məlumat yaymışdıq. Fanat.az xəbər verir ki, mütəxəssis bununla bağlı ilk açıqlamasını verib.
Diniyev futbol11.az saytına açıqlamasında bunları deyib: "Qazandığım nəticələr məni qane etmədiyindən və komandanı daha da irəli apara bilmədiyimi hiss edərək postumdan istefa verdim. Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənim istefamı qəbul etdi. Çalışdığım müddətdə mənə yardımçı olan hər kəsə təşəkkür edirəm. Komandaya bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm".
Qeyd edək ki, "Rəvan"ı çempionatın qalan hissəsində türk mütəxəssis Güvenç Kurtar çalışdıracaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər