Şahin Diniyev Ağabala ilə bağlı qərarını verdi

Şahin Diniyev Ağabala ilə bağlı qərarını verdi

"Səbail"in baş məşqçisi Şahin Diniyev komandanın kapitanı Ağabala Ramazanovla bağlı qərarını verib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərliklə söhbət zamanı Diniyev 30 yaşlı hücumçunun xidmətində maraqlı olduğunu deyib.

Bu isə o deməkdir ki, Ramazanov azı daha 1 mövsüm "dənizçilər"in formasını geyinəcək.

"Səbail"ə ötən ilin yayında "Zirə"dən gələn Ağabala son mövsümdə 23 çempionat matçına çıxaraq 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 3 qarşılaşmada forma geyinən ön xətt oyunçusu 2 dəfə komanda yoldaşlarına assistentlik edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər