Şahin Diniyev “100”ə çatdı

Şahin Diniyev “100”ə çatdı

Topaz Premyer Liqasının XI turu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev üçün də əlamətdar olub. Fanat.az xəbər verir ki, yeni klubunda ilk xalını qazanan mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi yubiley - 100-cü matçına çıxıb. “Bakı” ilə oyundakı qolsuz heç-heçəyə qədər 99 oyunda bu postda olan çalışdırıcı “100”ə 3-cü klubunda çatıb.

“Rəvan”a qədər “Qarabağ” və “Kəpəz”ə başçılıq edən Diniyev bu klublar müvafiq olaraq “Qarabağ-Azərsun” və “Gəncə” adlandığı vaxt onların “sükanı arxasında” olub. Premyer Liqada 50-ci qələbənin astanasında olan Diniyevin hesabında 49 qələbə, 21 heç-heçə və 30 məğlubiyyət var. Mütəxəssis Azərbaycan çempionatları tarixində 100 və daha çox oyunda baş məşqçi olan 21-ci çalışdırıcı kimi tarixə düşüb. 

Qarabağ-Azərsun (Ağdam)

2001/02

25

13

2

10

41-34

41

Qarabağ-Azərsun (Ağdam)

2003/04

26

19

3

4

63-17

60

Gəncə

2004/05

34

11

9

14

37-37

42

Gəncə

2005/06

13

6

6

1

22-8

24

Rəvan

2013/14

2

0

1

1

1-2

1

Cəmi:

 

100

49

21

30

164-98

168

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər