Region Liqasında çıxış edən Quba "Şahdağ"ında gözlənilməz ayrılıq baş verib.
Fanat.Az klubun sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Qəzənfər Abbasov tutduğu vəzifəsindən istefa verib.
"Şahdağ Quba" Abbasova komandaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
İstefanın səbəbi açıqlanmasa da, Quba təmsilçisinin maddi sıxıntı yaşadığı bildirilir.