Sadio Tounkara Türkiyəyə buraxılmır

Sadio Tounkara Türkiyəyə buraxılmır
Artıq üç gündü ki, qış təlim məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində məskunlaşan “Xəzər Lənkəran” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin rəhbərliyi altında keçirilən məşqlərdə futbolçuları fiziki və taktiki çalışmaları yerinə yetirir.
Dünən səhər məşqinin vaxtını uzadan Dənizli axşam məşqini təxirə salaraq futbolçulara istirahət verməyi qərara alıb. Səhər məşqində ilk olaraq fiziki çalışmaları yerinə yetirən futbolçular daha sonra üç qrupa bölünərək iki tərəfli oyun oynadılar ki, baş məşqçinin tez-tez müdaxilə etdiyi oyunda əsasən sürətli kombinasiyalara üstünlük verilib. 
Bu gün yenidən iki məşq keçirəcək komandada hazırda zədəli futbolçu yoxdu və toplanışa viza problemi üzündən qatıla bilməyən Sadio Tounkara da sabahdan “Xəzər Lənkəran”a qoşulacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər