"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara Türkiyədə əməliyyat olunub.
Fanat.az xəbər verir ki, buna səbəb Topaz Premyer Liqasının XXXII turu çərçivəsində "Bakı" ilə oyunda futbolçunun diz bağlarını zədələməsidi. İlkin ehtimallara görə, Tounkara təxminən dörd ay futbol oynamayacaq.

Fanat.az