Sablyaçımız Türkiyədə medal qazandı

Sablyaçımız Türkiyədə medal qazandı

Yeniyetmə qız sablyaçılarımız Türkiyənin Istanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində iştirak ediblər.

Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən dünya birinciliyinin mükafatçısı Zərifə Hüseynova şəxsi yarışda bürünc medal qazanıb. 

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə Hüseynova pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü "8-liy"ə yüksəlib. Burada türkiyəli sablyaçı Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan Zərifə yekunda turnirin bürünc medalına layiq görülüb.

Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü "64-lüy"ə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.

Sablya üzrə yeniyetmə qızların komanda yarışında ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci komandasına 41:45 hesabı ilə məğlub olub. Yeniyetmə qız sablyaçılarımız 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə uduzub. 

Turnirdə görüşləri idarə hakimlər arasında gənc hakimimiz Cavanşir Ağakişiyev də olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər