İspaniyalı sabiq referi Eduardo İturralde Qonzales UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Real Madrid” – "Leypsiq" matçındakı (1:1) hakim idarəçiliyi haqda danışıb.
Fanat.Az xəbər verir ki, Qonzales AS nəşrinə açıqlamasında "Real"in hücumçusu Vinisius Juniorla bağlı mübahisəli epizodu belə şərh edib.
"Hakim açıq şəkildə "Real Madrid"ə kömək etdi. Vinisius meydandan qovulmalı idi. Çünki o, Orbanı sinəsindən yox, boynundan itələdi. Bunun üçün o, meydandan qovulmalı, Madrid komandası on nəfərlə qalmalı idi".
İki matçdan sonra Madrid nəhəngi "Leypsiq"i ümumi hesabda 2:1 məğlub edib. Karlo Ançelottinin komandası 1/4 finala yüksəlib.
Mirağa