Sabiq "Real"lının oğlu karyerasını Niderlandda davam etdirəcək

Sabiq "Real"lının oğlu karyerasını Niderlandda davam etdirəcək

İspaniyanın "Real Madrid" klubunun sabiq yarımmüdafiəçisi Rafael van der Vartın oğlu "Ayaks"la müqavilə imzalayıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb. 

Damian van der Vartın Amsterdam klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir. Gənc futbolçu "Ayaks"ın U-18 komandasında çıxış edəcək.

Damian van der Vart əvvəllər Almaniyanın “Viktoriya” və Danimarkanın “Esbyerq” klubıarının aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Hansı ki, Hamburq klubunun əsas komandasında atası futbolçu karyerasını başa vuraraq məşqçi karyerasına başlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər