Sabiq "Real"lı əzəli rəqibə keçə bilər

Sabiq "Real"lı əzəli rəqibə keçə bilər

"Real Madrid"in keçmiş yarımmüdafiəçisi, hazırda "Real Betis"in futbolçusu olan İsko yenidən top-klubda çıxış edə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb. 

Mənbənin məlumatına görə, “Barselona” 31 yaşlı yarımmüdafiəçinin transferində maraqlıdır.

Kataloniyalılar yarımmüdafiəçi ilə gələn yay - azad agent olduqdan sonra müqavilə bağlamaq istəyir. "Barselona"nın baş məşqçisi Xavi Ernandes İskonun istedadının pərəstişkarıdır.

Xatırladaq ki, yarımmüdafiəçi 2013-2022-ci illərdə "Real Madrid"də çıxış edib.

İspaniya çempionatının cari mövsümündə İsko 14 oyun keçirib. Yarımmüdafiəçi iki qol vurub və iki məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər