İspaniyada ara qarışdı: Sabiq "Real"lı və prezident danışılmış oyunlara görə tutuldu

İspaniyada ara qarışdı: Sabiq "Real"lı və prezident danışılmış oyunlara görə tutuldu

İspaniya mətbuatında bu günlərdə adı ən çox hallanan "Real”ın sabiq futbolçusu Raul Bravodu.

 

 

Fanat.Az "Marka”ya istinadən xəbər verir ki, sözügedən ölkədə 20-dən çox danışılmış oyunlarla bağlı araşdırmalar başlayıb.

 

Polis mayın 28-dən hərəkətə keçib. Bravo və daha 8 şəxs həbs edilib. Sabiq "Real”lı Premyera, Sequnda və daha aşağı liqalarda keşirilən matçların nəticələrini meydandan kənarda həll edən qruplaşmanın rəhbəri qismində dəmir barmaqlıqlar arasına salınıb.

 

Saxlanılanlar arasında "Ueska"nın prezidenti Aqustin Lasaosa da var.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər