Türkiyənin PTT 1-ci liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame ardıcıl ikinci turda qol vurub.
Onun çıxış etdiyi "Samsunspor" "Adanaspor"u qəbul edib. 1:1 hesabı ilə başa çatan qarşılaşmada hesabı 11-ci dəqiqədə Tyaqo Bezerra açıb. Etame isə 23-cü dəqiqədə bərabərliyi təmin edib.
Qeyd edək ki, "Samsunspor" ötən tur "Kayserispor"la da 1:1 hesablı heç-heçə oynamışdı. Həmin matçda da komandanın yeganə qoluna Mbilla imza atmışdı.
Fanat.az