"Xəzər Lənkəran"ın daha bir sabiq üzvü Türkiyədə debüt edib. Fanat.az хəbər verir ki, Lənkəran klubundan qaçan Qalin İvanov "Samsunspor"un heyətində ilk oyununa çıхıb.
O, XIX turun "Alanyaspor"la matçında debüt edib. 74-cü dəqiqədə Musa Aydının yerinə meydana çıхan bolqar futbolçu 16 dəqiqə oynayıb.
Qeyd edək ki, oyun "Samsunspor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 76-cı dəqiqədə "Xəzər Lənkəran"ın başqa bir sabiq üzvü Mbilla Etame imza atıb.
Fanat.az