Sabiq "Xəzər Lənkəran"lı türk klubunda

Sabiq "Xəzər Lənkəran"lı türk klubunda

"Xəzər Lənkəran"ın sabiq üzvü Alfred Sanko yeni klub tapıb. Fanat.az xəbər verir ki, ötən mövsüm "Balıkesirspor"da çıxış edən sierra-leoneli futbolçu Türkiyədə qalmaq qərarına gəlib.

Məlumata görə, Sanko "Dənizlispor"la anlaşıb. Artıq tərəflər arasında ilkin protokol imzalanıb. "Dənizlispor"a qoyulmuş transfer qadağası götürülən kimi rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Sanko 2014/15 mövmümündə çıxış etdiyi "Xəzər Lənkəran"ın heyətində 27 oyun keçirib və 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər