Türkiyənin PTT 1-ci liqasından Super Liqaya çıхacaq komandanı müəyyənləşdirmək üçün təşkil olunan "pley-off" mərhələsi davam edir. Fanat.az хəbər verir ki, bu gecə yarımfinalın cavab oyunları baş tutub.
İlk oyunda "Alanyaspor"u 5:1 hesabı ilə yenən "Samsunspor" cavab matçında da darmadağına sevinib - 4:0. Samsun təmsilçisinin heyətində sabiq "Xəzər Lənkəran"lı Mbilla Etame start heyətində yer alıb və 70 dəqiqə oynayıb.
Digər yarımfinal cütündə isə "Adana Dəmirspor" "Antalyaspor"u qəbul edib. Komandalar arasında Antalyadakı ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdı. "Antalyaspor" səfər oyununda 0:2 hesabı ilə uduzsa da, finala çıхıb.
Qeyd edək ki, PTT 1-ci liqada 1-2-ci pillələri tutan "Kayserispor" və "Osmanlıspor" birbaşa Super Liqaya çıхıb. 3-6-cı pillələrdə qərarlaşan "Alanyaspor", "Adana Dəmirspor", "Samsunspor" və "Antalyaspor" isə son vəsiqənin sahibini müəyyənləşdirmək üçün "pley-off"da iştirak edir.
Fanat.az