Sabiq "Xəzər Lənkəran"lı "Latsio"ya keçir

Sabiq "Xəzər Lənkəran"lı "Latsio"ya keçir

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etame İtaliya A Seriyasında çıxış edə bilər.

Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatına menecer Ruqqero Lakerenza məlumat verib.

Onun sözlərinə görə, Mbilla Etame, Villian Suares və Maor Buzaqlo Roma klubuna təklif olunub. Menecer bildirib ki, Mbilla həmçinin Çin və İngiltərədən də təkliflər alıb.

Qeyd edək ki, Etame 2015-ci ildən "Antalyaspor"da çıxış edir. O, iki mövsümdə Super Liqa klubunun heyətində 56 rəsmi oyuna çıxıb və 14 qol vurub. 

28 yaşlı kamerunlu forvard 2013-2014-cü illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. Bu müddətdə 41 rəsmi oyun keçirərək 15 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər