Sabiq "Xəzər Lənkəran"lı oynadı, Muarem baxdı

Sabiq "Xəzər Lənkəran"lı oynadı, Muarem baxdı

Makedoniya yığması AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Muarem Muaremin çıxış etdiyi komanda Ukraynanın qonağı olub.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Makedoniya yığmasının baş məşqçisi Muaremə şans verməyib. "Qarabağ"ın futbolçusu ehtiyatda qalıb. Əvəzində "Xəzər Lənkəran"ın sabiq üzvü Nikola Qliqorov 86 dəqiqə oynayıb.

Qeyd edək ki, Muarem 3 gün əvvəl Lüksemburqu 3:2 hesabı ilə yendikləri matçda 60 dəqiqə oynamışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər