Sabiq "Xəzər Lənkəran"lı AZAL-da

Sabiq "Xəzər Lənkəran"lı AZAL-da

AZAL klubu "Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara ilə gələn həftə müqavilə bağlayacaq. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Malidən olan 24 yaşlı yarımmüdafiəçi gələn həftə komandanın düşərgəsində olacaq: "Hazırda viza məsələlərinin həlli ilə məşğuluq. Tounkara 21-22 noyabrda AZAL-ın düşərgəsində olacaq. Gələndən sonra onunla mövsümün sonunadək müqavilə bağlayacağıq".

Qeyd edək ki, Sadio Tounkara 2012-ci ilin yanvarından 2015-ci ilin dekabrınadək "Xəzər Lənkəran"da çıxış edib. O, 126 oyuna 17 qol vurub. Azərbaycandan ayrıldıqdan sonra Tounkara Cənubi Kiprin "Enosis" klubunda forma geyinib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər