Sabiq "Real"lı Argentina nəhəngini çalışdıracaq

Sabiq "Real"lı Argentina nəhəngini çalışdıracaq

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Fernando Qaqo Argentinanın "Boka Xuniors" klubunun yeni baş məşqçisi olub.

Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb. 

Fernando Qaqo 2020-ci ildə futbolçu karyerasını bitirib. Onun son klubu Meksika "Qvadalaxara"sı olub.

Qaqo "Real Madrid"in heyətində ikiqat İspaniya çempionu (2006/2007 və 2008/2009 mövsümlərində), həmçinin İspaniya Kubokunun (2008) və Superkubokunun (2008) qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər