Sabiq komanda yoldaşı Messinin baş məşqçisi oldu - RƏSMİ

Sabiq komanda yoldaşı Messinin baş məşqçisi oldu - RƏSMİ

Xerardo Martineslə vidalaşan "İnter Mayami" rəsmi saytı vasitəsi ilə yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, komanda "Barselona", "İnter"in sabiq yarımmüdafiəçisi Xavyer Maskeranoya tapşırılıb.

40 yaşlı Maskerano MLS klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Argentinalı mütəxəssisin öncəki iş yeri ölkəsinin gənclərdən ibarət millisi olub.

"İnter Mayami"də Lionel Messi, Jordi Alba, Serxio Buskets və Luis Suares kimi ulduzkar çıxış edir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər