Sabiq hücumçusu PSJ-yə qalib gəldi - Ona bu məbləğdə pul ödəniləcək

Sabiq hücumçusu PSJ-yə qalib gəldi - Ona bu məbləğdə pul ödəniləcək

PSJ ilə sabiq futbolçusu Hatem Ben Arfa arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, Paris təmsilçisi 36 yaşlı hücumçuya uduzub.

Klub dəymiş maddi və mənəvi ziyana görə qarşı tərəfə 100 avro təzminat ödəyəcək.

Ben Arfa 2016-2018-ci illər aralığında PSJ-nin uğurları üçün çalışıb. 

2017-ci ilin aprelindən 2018-ci ilin iyununadək əsas komandadan uzaqlaşdırılan forvard bu üzdən məhkəməyə müraciət etmiş, klubun müqavilənin şərtlərini pozduğunu əsas gətirərək təzminat istəmişdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər