Sabiq federasiya prezidenti 15 il müddətinə həbs oluna bilər

Sabiq federasiya prezidenti 15 il müddətinə həbs oluna bilər

İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Anxel Mariya Vilyar 15 il müddətinə həbs edilə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Vilyar vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və 2007-2017-ci illər aralığında bağlanmış müqavilələr üzrə vəsaitləri mənimsəməkdə ittiham olunub. Federasiyaya dəyən ziyan 4,5 milyon avrodur.

Müstəntiqlərin fikrincə, Vilyar vəzifəsindən oğlu Qorka Vilyarın maraqlarına uyğun gəlirli müqavilələr əldə etmək üçün istifadə edib. O, yoldaşlıq oyunları təşkil etmək üçün digər ölkələrin futbol federasiyaları ilə sazişlər bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər