Sabiq baş məşqçisindən "Borussiya"ya zərbə - VİDEO

Sabiq baş məşqçisindən "Borussiya"ya zərbə - VİDEO

Avropa Liqasında 1/4 finalın ilk oyunları keçirilib. Fanat.az xəbər verir ki, ötən gecə Dortmund "Borussiya"sı "Liverpul"u qəbul edib.

İngiltərə klubunu çalışdıran Yurgen Klopp sabiq klubu ilə oyunda sərfəli nəticəyə sevinib - 1:1. Hesabı 36-cı dəqiqədə qonaqlardan Divok Origi açıb. "Borussiya" buna 48-ci dəqiqədə Mats Hummelsin qolu ilə cavab verib.

"Şaxtyor" isə "Braqa" ilə səfər oyununda qələbə qazanıb - 2:1. 45-ci dəqiqədə Yaroslav Rakitski hesabı açıb. 75-ci dəqiqədə Fakundo Ferreyra fərqi iki topa çatdırıb. 89-cu dəqiqədə isə Uilson Eduardo "Braqa"nın təsəlli qolunu vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər