Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın Tiroldakı hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibi məlum olub.
Fanat.Az xəbər verir ki, bakılılar Qətərin “Əl-Sədd” komandası ilə qarşılaşacaq.
Oyun iyulun 9-da, Bakı vaxtı ilə saat 19:00-da “Kematen” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 20-dək davam edəcək. Komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Sabah" iyulun 19-da Yunanıstan "Olimpiakos"u ilə gücünü sınamağı planlaşdırır.