Birinci Liqanın 26-cı turu çərçivəsində "Araz Saatlı" evdə "İmişli" ni qəbul edib. Görüş "pambıqçılar"ın 2:1 hesablı sürpriz qələbəsi ilə yekunlaşıb.
Matçdan sonra Saatlı təmsilçisinin baş məşqçisi Şəhriyar Məmmədovla əlaqə saxlayıb oyun haqda fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə olub:
"Futbolçularımız yüksək əzmkarlıq nümayiş etdirdilər. "İmişli" Birinci Liqada tanıdığımız ən güclü komandalardan biridir. Sona qədər mübarizə apardıq. Bunun üçün futbolçularıma və bizi dəstəkləyən azarkeşlərə minnətdarlığımı bildirirəm. Saatlı camaatına qələbə yaraşır"
Təcrübəli mütəxəssis görüşdəki iki qolun müəllifi Şequn Omotoşo barədə də fikirlərini bölüşüb:
"Şequnla bağlı onu bildirim ki, çox nizamlı və hər şeyə peşəkar yanaşan bir futbolçudur. Onun komandada qalmasını istəyirik. Bütün məsələlərə mövsümün sonunda aydınlıq gələcək".
Nahid Ustaclı