Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

Azərbaycan millisinin qapıçısı Rza Cəfərov karyerasını ölkə xaricində davam etdirməyə yaxındır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin qolkiperinin xidmətində bir neçə klub maraqlıdır.

Güney Azərbaycan "Traktor" və Finlandiya HİK-inin də heyətə qatmaq istədiyi Rzanın Sloveniya "Maribor"una qoşulmaq ehtimalı daha yüksəkdir. Cəfərovun "Neftçi"də qalıb-qalmayacağı "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun yekun qərarından sonra dəqiqləşəcək. O, sözügedən oyunçuya şans verməyi vacib saysa, "Maribor" başqa qapıçı axtarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də keçirən Rzanın "Neftçi" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər