DÇ-2014-ün oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, FIFA mundialın oyunlarına 43 ölkədən 25 hakim üçlüyünü təyin edəcək.
Dünya çempionatında Avropadan 9, Cənubi Amerikadan 5, Asiyadan 4, Afrikadan 3, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrindən 3 və Okeaniyadan 1 baş hakim olacaq.
DÇ-yə Türkiyədən də 3 hakim təyinat alıb. Baş hakim Cüneyt Çakıra Braziliyada Bahattin Duran və Tarık Ongün kömək edəcək. Bununla da türk hakimlər 40 il sonra mundiala gedəcək. Sonuncu dəfə qardaş ölkədən ədalət təmsilçisləri 1974-cü ildə Almaniyada keçirilən dünya çempionatına təyinat almışdı.
Avropa: Feliks Brix (Almaniya), Cüneyt Çakır (Türkiyə), Yunas Eriksson (İsveç), Byorn Kuypers (Hollandiya), Milorad Majiç (Serbiya), Pedru Proensa (Portuqaliya), Nikola Ritsoli (İtaliya), Karlos Velasko Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə).
Cənubi Amerika: Enrike Osses (Çili), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Karlos Vera (Ekvador), Sandro Meyra Rissi (Braziliya).
Asiya: Rövşən İrmatov (Özbəkistan), Yuiti Nisimura (Yaponiya), Benjamin Uilyams (Avstraliya), Abdulla Şükralla (Bəhreyn).
Afrika: Camel Aymudi (Əlcəzair, Bakari Papa Qassama (Qambiya), Numandyez Due (Kot-d’İvuar).
KONKAKAF: Xoel Antonio Aqilyar Çikas (Salvador), Mark Qeyqer (ABŞ), Marko Antonio Rodriqes Moreno (Meksika).
Okeaniya: Piter O`Liri (Yeni Zelandiya).
Fanat.az