Rövşən Qazaxıstanda qol vurdu, komandası...

Rövşən Qazaxıstanda qol vurdu, komandası...

Azərbaycan millisinin üzvü Rövşən Hüseynli Qazaxıstan futzal çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, təcrübəli qolkiperin çıxış etdiyi “Atırau” komandası 18-ci tur çərçivəsində "Ordabasi" ilə qarşılaşıb.

İlk görüşdə bu komandayla 6:6 bərabərə qalan Rövşənin komandası ötən gün inamlı qələbəyə sevinib - 5:2. Hüseynli bu görüşdə komandasını bir neçə yüzfaizli qoldan xilas etməklə yanaşı, özü də fərqlənib. O, "Atırau"nun sonuncu qolunun müəllifi olub. 

Beləliklə, "Atırau" xallarını 22-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər