Rövnəq Abdullayev: “Foqtsun əlinin bura nə dəxli var?”

Rövnəq Abdullayev: “Foqtsun əlinin bura nə dəxli var?”
AFFA-nın prezidenti Rövnəq Abdullayev UEFA Futzal Kubokunda “Dördlər finalı”nın püşkünün nəticəsini dəyərləndirib. Fanat.az xəbər verir ki, asossiasiya rəhbəri Azərbaycan təmsilçisi “Araz”ın bəxtinə İspaniya “Barselona”sının düşməsini normal qarşıladığını bildirib.
“Bütün komandalar bir-birilərinə rəqib ola bilərdilər. “Barselona” ilə əvvəl, yoxsa sonra oynamağın fərqi yoxdu. Komandamıza uğurlar arzulayıram” deyə Abdullayev qeyd edib.
O, “Sizcə, püşkü çəkən Berti Foqtsun əli düşərli oldu” sualını isə gülərək “Foqtsun əlinin bura nə dəxli var?” cavabını verib.
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər