Azərbaycan Cüdo Federasiyasının və AFFA-nın prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.
Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.
Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.

Fanat.Az