Rüşvətxor baş məşqçi millidən istefa verdi

Rüşvətxor baş məşqçi millidən istefa verdi

İngiltərə millisi baş məşqçisiz qalıb. Fanat.Az xəbər verir ki, adı rüşvət anlaşmasında hallanan Sam Ellardays istefa verib.

Bu barədə İngiltərə Futbol Federasiyası açıqlama yayıb. İngiltərə millisini Malta, Sloveniya, Şotlandiya və İspaniya matçlarına Qaret Soutgate çıxaracaq.

Qeyd edək ki, "The Telegraph" qəzetinin əməkdaşları onun korrupsiyada iştirakını üzə çıxarıblar. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, Ellardaysla 10 ay görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından gəlir götürmək istədiklərini bildiriblər. Təcrübəli mütəxəssis 400 min funt-sterlinq qarşılığında anlaşmanın imzalanması üçün danışıqların aparılmasına təsir göstərməyə razılıq verib. Habelə, o, oyunçuların transferləri üzrə FA-nın müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib. 

O, bu müddətdə İngiltərə millisinin baş məşqçisi təyin edilsə də, anlaşmanı davam etdirəcəyini bildirib. Sem Ellardaysın "biznesmenlər"lə danışıqları videoya çəkilib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər