Rusu qucaqlayan ukraynalı üzr istədi

Rusu qucaqlayan ukraynalı üzr istədi

"Olimpik Marsel"in ukraynalı yarımmüdafiəçisi Ruslan Malinovski Liqa 1-in 20-ci turu çərçivəsində keçirlən oyundan - "Monako" ilə matçdan sonra (1-1) rəqibin rus futbolçusu Aleksandr Qolovini qucaqladığına görə üzr istəyib.

Fanat.Az xəbər verir ki, Malinovski sosial şəbəkə hesablarında belə yazıb:

"Monako"nun futbolçusunun jestinə cavab verdiyimə görə ukraynalılardan üzr istəyirəm. Bilirəm ki, onun yanından keçməliydim. O, özü mənimlə görüşdü. Oyundan sonra bütün futbolçular bir-biri ilə görüşürlər. Bunu bilmədən, instinktiv olaraq etdim. İnanın ki, fərdi idman növlərindən biri ilə məşğul olsaydım, heç rusla görüşə də çıxmazdım. Rusiya idmançılarının bütün beynəlxalq yarışlardan uzaqlaşdırılmasını dəstəkləyirəm".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər