Rüstəm Qasımov rekord yeniləyərək Avropa çempionu oldu - FOTO

Rüstəm Qasımov rekord yeniləyərək Avropa çempionu oldu - FOTO

Kosovonun paytaxtı Priştina şəhərində 22-30 sentyabr tarixlərində keçiriləcək 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir. Fanat.Az xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 atlet (175 oğlan və 130 qız) medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığmasının da üzvləri var.

Onlardan ikisi - Murad Əliyev və Rüstəm Qasımov artıq körpücük üzərinə çıxıblar. Hər iki idmançımız 15 yaşlı atletlərin 56 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulublar.

Murad Əliyev birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğursuz başa vuraraq bu hərəkəti sıfır nəticə ilə bitirib. O, təkanla qaldırma hərəkətində 105 kq-ı ram etməyi bacarıb və bu hərəkətdə 9-cu olub.

Rüstəm Qasımov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq, 92, 96 və 100 kq-ı ram edən atletimiz bu hərəkətdə Avropanın ən yaxşısı olub. Üstəlik, 100 kq-ı başı üzərinə qaldırmaqla birdən qaldırma hərəkətində türkiyəli Toptaş Caner məxsus olan Avropa rekordunu (99 kq) yeniləməyi bacarıb.

Rüstəm təkanla qaldırma hərəkətində də möhtəşəm çıxış çıxış edib. Qasımov növbə ilə 112, 118 və 121 kq-ı başı üzərinə qaldırmaqla bu hərəkətdə Avropada hamıdan yaxşı olduğunu sübut edib.

Toplamda 221 kq (100+121) nəticə əldə edən Rüstəm Qasımov yeniyetmələr arasında Avropa birinciliyinin qalibi adını qazanııb.

Rüstəm Qasımov rekord yeniləyərək Avropa çempionu oldu - FOTO

Rüstəm Qasımov rekord yeniləyərək Avropa çempionu oldu - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər