Rüstəm Orucov və Səid Mollayi İtaliyada mübarizəyə başlayır

Rüstəm Orucov və Səid Mollayi İtaliyada mübarizəyə başlayır

Bu gün İtaliyanın Riççone şəhərində cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha 8 təmsilçisi tatami üzərinə çıxacaq.

81 kq 1/16 final. Rüstəm Orucov - Qevorq Manukyan (Ukrayna) 1/16 final. Səid Mollayi - Şamil Dzavbatırov (Almaniya) / Lorenzo Parodi (İtaliya) cütünün qalibi 1/16 final. Zelim Tçkayev - Joa Fernando (Portuqaliya) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi

90 kq 1/16 final. Murad Fəriyev - İvaylo İvanov (Bolqarıstan)

100 kq 1/8 final. Zelim Kotsoyev - Ris Tompson (Böyük Britaniya) 1/16 final. Məmmədəli Mehdiyev - Andres Felipe Moreno (İtaliya)

+100 kq 1/8 final. Uşanqi Kokauri - Movli Borçaşvili (Avstriya) 1/8 final. Camal Qamzatxanov - Mustafa Fofana (Qvineya)

Qeyd edək ki, 35 ölkədən 376 (228 kişi, 148 qadın) cüdoçunun qatıldığı Açıq Avropa turnirinin ilk günündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayıb. Onlardan Rövşən Əliyev (60 kq) və Orxan Səfərov (66 kq) gümüş medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər