Rüstəm Nuriyevin yeni iş yeri bilindi

Rüstəm Nuriyevin yeni iş yeri bilindi

Yeni mövsümün hazırlıqlarına bu ay başlayan "Mingəçevir"in heyətinə qatmağı planlaşdırdığı daha bir futbolçunun kimliyi bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, ötən mövsümə 2-ci Liqa komandası "Quba"da başlayan, qışda 1-ci Liqa təmsilçisi "Zaqatala"ya qoşulan müdafiəçi Rüstəm Nuriyevdir.

Rüstəm hazırda "işıqçılar"ın düşərgəsindədir. Onunla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir. 

Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Aran təmsilçisini hazırda yeni sponsorların istəyi ilə komandanın "sükanı arxası"na keçən Elman Sultanov çalışdırır.

Toğrul   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər